kriminal.az
1915-ci ildə ermənilərə yox, türklərə qarşı soyqırımı törədildiyini göstərən xəritə üzə çıxıb - FOTO

Türklərin ermənilər tərəfindən kütləvi köçə və soyqırımına məruz qoyulmalarına dair xəritələr üzə çıxıb.

Bununla bağlı Adanadan olan tarixçi Yazar Cezmi Yurtsever məlumat verib:

“Sözügedən xəritə 1915-ci ildə və sonrasında türklərin Qafqaz və Anadoluya kütləvi köçü və məskunlaşması, işğal mühitində törədilən qırğınların sənədidir. Xülasə, bu xəritə 1915-ci ildə türklərə qarşı törədilən soyqırımı sənədidir”.

Onun sözlərinə görə, ermənilərin türkləri soyqırımına məruz qoymaları barədə Osmanlı arxivlərində materiallar var. Əldə olunan xəritə 1915-ci ildə və ondan sonrakı dövrdə Qafqazda və Anadoluda türk xalqının kütləvi köçünü və qətliamlarını özündə əks etdirən sənəddir.

“Bu xəritə 1915-ci ildə türklərə qarşı soyqırımı həyata keçirildiyinin sənədidir. Son illərə qədər erməni diasporunun 1915-ci il hadisələrini ermənilərə qarşı soyqırımı kimi ictimailəşdirmək cəhdləri tarixin birtərəfli yozulması və təhrif olunmasıdır. Odur ki, Osmanlı arxivlərində tapdığım tarixi faktları bütün dünya tarixçilərinin diqqətinə çatdırıram”, - deyə Yurtsever əlavə edib.

Xatırladaq ki, ermənilər 1915-ci ildə onlara qarşı soyqırımı törədilməsi iddiası ilə çıxış edirlər.

Mənbə: Star

Top
0.082275867462158