kriminal.az
Komitə sədri İtaliyada Cahangir bəy Kazımbəylinin nəvəsi ilə görüşüb - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İtaliyaya səfəri çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunun komandanı, XX əsr Müqavimət hərəkatının lideri Cahangir bəy Kazımbəylinin varisi Daniel Kazım bəylə görüşüb.

Kriminal.Az xəbər verir ki, Daniel Kazım bəylə görüşdən məmnunluq ifadə edən komitə sədri köklərimizə, tariximizə hər zaman hörmətlə yanaşıldığını və cümhuriyyətçilərin xaricdə yaşayan varisləri ilə ciddi əlaqələr qurulduğunu nəzərə çatdırıb.

Daniel Kazım bəy ata-babalarının həyat və fəaliyyətinə dair maraqlı tarixi hadisələrdən danışıb, Cümhuriyyət tarixi ilə fəxr etdiyini, Azərbaycan dövlətinin cümhuriyyətçilərin xaricdəki varisləri ilə sıx əlaqə yaratmasının çox mühüm fakt olduğunu dilə gətirib.

Fuad Muradov Daniel Kazım bəyi Azərbaycana dəvət edib, ölkəmizdə heç vaxt olmayan soydaşımızın səfərinin dövlətimiz tərəfindən yüksək səviyyədə təşkil olunacağını, onun həm babalarından yadigar qalan milli-mənəvi mirasla, həm də inkişaf edən güclü, müasir Azərbaycanla daha yaxından tanışlıq imkanı qazanacağını diqqətə çatdırıb.

Xatırladaq ki, Cahangir Kazımbəylinin övladı Mustafa bəyin oğlu olan Daniel Kazım bəy İtalyada tekstil (idman geyimləri) biznesi ilə məşğuldur və onun yaratdığı şirkət soyadına uyğun olaraq “K-BEK” adlanır.

Top
0.066391944885254