kriminal.az
BMT rəsmisi: “Həmrəyliyimiz möhkəmlənməli və parçalanmaya qarşı müqavimət göstərməliyik”

“Bu forum beynəlxalq sülhü və təhlükəsizliyi təmin edəcək”.

Kriminal.Az xəbər verir ki, bu fikirləri “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizliyi üzrə sülhməramlı əməliyyatlar üzrə müavini Aleksandr Zuyev deyib.

O, mühüm tədbir keçirildiyini qeyd edib:

“Prezident İlham Əliyevə təşəkkür edirəm. Mühüm tədbirdir. Sülhməramlılar üçün bu kimi məsələlər vacibdir. Əminəm ki, bu forum beynəlxalq sülhü və təhlükəsizliyi təmin edəcək. Azərbaycan siyasi diskussiyalarda iştirak edir. Qoşulmama hərəkətində ölkə çox fəal olub. Dayanıqlı inkişaf reallaşmalıdır. Geosiyası baxımdan daha çox toqquşmaya gedir. Biz narahatıq. Biz ictimai etimadı çox tərəfliliyə ayırmağa çalışırıq”.

Aleksandr Zuyev bildirib ki, forumda məqsəd dini və siyasi rəhbərləri bir araya gətirməkdir:

“Bu il BMT üçün xüsusi bir ildir. Biz çətin öhdəliyi üzərimizə götürmüşük. Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq güc tətbiq edilməli, həmrəyliyimiz möhkəmlənməli və parçalanmaya qarşı müqavimət göstərməliyik”.

Nəzrin Vahid

Top
0.090672016143799