kriminal.az
Britni Spirs Sem Asgaridən rəsmən boşandı və yenidən “yoxa çıxdı” - FOTO

Britni Spirs Sem Asgaridən ayrıldığını elan etdikdən doqquz ay sonra keçmiş əri ilə boşanmasını rəsmən həll edib. Asgari nikah müqaviləsinə etiraz etməmək qərarına gəlib. Beləliklə, 60 milyon dollarlıq sərvət Britninin öz ixtiyarındadır.

Ancaq pərəstişkarları Spirsin vəziyyətinə görə narahatlıqlarını bildiriblər. Belə ki, ifaçı ayrıldıqdan sonra müxtəlif kişilərin əhatəsində diqqət çəkməyə və çılpaq rəqs etdiyi videolar yayımlamağa başlamışdı. Boşanma həll olunduqdan sonra isə ulduz “Instagram” hesabını yenidən silib.

Britninin özü pərəstişkarlarının onun necə olduğunu öyrənmək cəhdlərinə yaxşı baxmır və şəxsi həyatına qarışmamağı tələb edir.

Mənbə: Spletnik.ru

Top
0.071632146835327