kriminal.az
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR

Azərbaycanda 2023-cü ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb. Bu da 2022-ci ilin göstəricisindən 18,1 faiz çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.

Məlumat Ədliyyə Nazirliyinin statistikasına əsasən hazırlanıb.

Qeyd olunub ki, baxılan işlərin 70,5 faizi idarəçilik qaydaları, 4,5 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, 4,3 faizi yol hərəkəti qaydaları, 2,8 faizi hərbi xidmət əleyhinə, 2,7 faizi faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 2,1 faizi mülkiyyət əleyhinə, 1,9 faizi sağlamlıq əleyhinə, 11,2 faizi isə digər inzibati xətalarla bağlı olub.       

“2023-cü ildə baxılmış işlərin 44,7 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib. 45,1 faizinin icraatına xitam verilib, 10,2 faizi üzrə işlərə dair materiallar əlavə yoxlanış üçün qaytarılıb və ya aidiyyəti üzrə göndərilib”, - deyə məlumatda bildirilib. Bundan başqa, inzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 2,5 faiz azalaraq 49,5 min nəfər olub.

İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 40,5 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 38,7 faizinə inzibati cərimə, 19,1 faizinə inzibati həbs, 1,2 faizinə ictimai işlər, 0,5 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

Top
0.046593904495239