kriminal.az
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb

Xankəndi şəhəri ərazisindən 27 aprel - 3 may tarixlərində polis əməkdaşları xeyli sayda silah-sursat aşkarlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, həmin müddət ərzində 33 avtomat silahı, 1 pulemyot, 10 tapança, 14 tüfəng, 1 qumbaraatan, 59 qumbara, 34 alışdırıcı, 397 patron darağı, 7888 ədəd müxtəlif çaplı patron, 1 qutu trotil, 27 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Top
0.06321382522583