kriminal.az
Futbolçunu vurmaq istəyən azarkeş belə zərərsizləşdirildi - VİDEO

Çempionşipdə mövsümün startı insidentlə yadda qalıb.

Kriminal.az xəbər verir ki, hadisə “Birminqem” – “İpsiviç” oyununda (1:1) baş verib.

Futbolçular arasında mübahisə yaşanıb və buna “Birmingem” azarkeşi də müdaxilə edib. O, tribunadan meydana atılaraq “İpsiviç”in futbolçusunu vurmağa cəhd göstərib.

Təhlükəsizlik əməkdaşları onu dərhal zərərsizləşdiriblər.

Bildirilir ki, azarkeş ömürlük diskvalifikasiya ilə üzləşə bilər.

Top
0.063599109649658