kriminal.az
İsrail ordusu “İslami Cihad”ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal “İslami Cihad” təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib.

Kriminal.Az bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, söhbət “İslami Cihad”ın “yüksək rütbəli döyüşçüsü”, Rəfah briqadasına komandirlik edən Ayman Zaarabdan gedir. O, səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinin qırıcılarının ordu və əks-kəşfiyyatdan daxil olan məlumatlar əsasında endirdiyi zərbələr nəticəsində zərərsizləşdirilib. Onunla birlikdə eyni binada olmuş “İslami Cihad”ın daha iki yaraqlısı zərərsizləşdirilib.

İsrail ordusunun məlumatına görə, Zaarab 2023-cü il oktyabrın 7-də fələstinli radikalların İsrailə hücumu zamanı “İslami Cihad”ın xüsusi qüvvələrinə komandanlıq edib. Bundan əlavə, o, son illər radikalların İsrail ərazisinə soxulmaq üçün bir neçə cəhdinin hazırlanmasına rəhbərlik edib.

Top
0.12398290634155