kriminal.az
Yeni tədqiqat qaranlıq maddə haqqında anlayışımızı dəyişə bilər

İrvindəki Kaliforniya Universitetinin alimləri qaranlıq maddənin varlığına dolayı ilə də olsa yeni sübutlar təqdim ediblər.

Tədqiqat iki növ maddənin kompüter simulyasiyalarını əhatə edib: sadə və qaranlıq.

Bu, ulduzların və kosmik qazın hərəkət sxemləri kimi həqiqi qalaktikaların tədqiqi zamanı müşahidə edilən qeyri-adi xüsusiyyətləri izah etmək üçün lazımdır.

Tədqiqatçılar əmindirlər ki, qaranlıq maddənin təsirini nəzərə almadan, bu xüsusiyyətləri izah etmək çətindir.

Mövcud nəzəriyyələrə görə, qaranlıq maddə kainatın ümumi kütləsinin 85%-ni təşkil edə bilər. Lakin bu sirli maddə işıqla qarşılıqlı əlaqədə olmadığı üçün onun fiziki aşkarlanmasını son dərəcə çətinləşdirir.

Qeyd edək ki, qaranlıq maddə kainatımızın ən böyük sirlərindən biridir. Qaranlıq maddə kainatın mənbəyi hesab olunur.

Mənbə: Pravda.ru

Top
0.055063962936401