Yaponiyada stansiyada qalan çanta səbəbindən 80-ə yaxın qatarın hərəkəti ləğv edilib, daha 97 qatar isə iki saata yaxın gecikib.
Qeyd olunur ki, çantanın üzərində kimyəvi birləşmənin adına oxşar yazı olub. Çantanı stansiya işçisi aşkar edib və bu barədə polisə xəbər verib.
Bel çantasının üzərində kandzi simvolları ilə kimyəvi maddənin adının yazılması insanların diqqətini çəkib.
Hadisə yerinə gələn polis və yanğınsöndürənlər çantaya baxış keçirib və orada yalnız geyim aşkar ediblər. Çanta daha sonra sahibinə qaytarılıb.
Mənbə: Kyodo