kriminal.az
Ukrayna Baş naziri Şmıqal: “Qərb ölkəmizə qoşun yeritmək qərarına gələrsə, buna görə minnətdar olacağıq”

“Qərb tərəfdaşları öz qoşunlarını Ukrayna ərazisinə yeritmək qərarına gəlsələr, Kiyev son dərəcə minnətdar olacaq”.

Bu sözləri Ukrayna Baş naziri Denis Şmıqal CBC telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, siyasətçi qeyd edib ki, indiki şəraitdə hakimiyyət öz müttəfiqlərindən yalnız silah və hərbi texnika istəyir.

“Əgər tərəfdaşlar öz əsgərlərini və ya təlimatçılarını və ya məsləhətçilərini Ukrayna ərazisinə yeritmək qərarına gəlsələr, biz buna görə onlara minnətdar olacağıq. Əgər Qərb qoşunlarının yerləşdirilməsinin vaxtı gəlsə, biz olduqca minnətdar və şad olacağıq”, - deyə Şmıqal  qeyd edib.

Top
0.17035412788391