“Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik”.
Kriminal.Az xəbər verir ki, bunu Füzuli və Şuşaya səfər edən ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.
Səfirliyin “X” hesabındakı paylaşımda qeyd olunub ki, Mark Libbi səfər çərçivəsində ABŞ-nin Azərbaycana yardımlarından danışıb. O bildirib ki, Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan sonra Azərbaycana 1,5 milyard dollardan çox yardım göstərib:
“Buraya məcburi köçkün icmalarına 250 milyon dollardan çox ayrılmış yardım və minaların təmizlənməsinə dəstək üçün ayrılmış 38 milyon dollardan çox yardım da daxildir. Biz bu yardımın göstərilməsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik”.
“Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik. Birləşmiş Ştatlar USAID, Siyasi-Hərbi Məsələlər Bürosu, Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və bir çox digər agentliklər və beynəlxalq təşkilatlar vasitəsilə müstəqillik qazandıqdan… pic.twitter.com/cVA4OBGFn2
— U.S. Embassy Baku (@USEmbassyBaku) May 6, 2024
14:23
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Azərbaycan Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşüb.
Kriminal.Az xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Səfir Libby Şuşada olarkən şəhərin inkişafı üçün görülən işlər və Şuşanın məcburi köçkün icmasının qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün Şuşa rayonu üzrə xüsusi nümayəndə Aydın Kərimovla görüşüb. Onlar, həmçinin, regionun yaşıl enerjisini və ABŞ-nin Azərbaycanın məcburi… pic.twitter.com/RhUofefgZ6
— U.S. Embassy Baku (@USEmbassyBaku) May 6, 2024
13:24
ABŞ səfiri Mark Libbi Şuşaya gedib.
Kriminal.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Bu gün səfir Libbi xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər edib.
Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi və səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır”, - səfirliyin məlumatında qeyd olunub.
Ambassador and Danusia Libby traveled to Fuzuli and Shusha today. The Ambassador is meeting with government representatives; touring the Shusha Fortress, Khurshidbanu Natavan House, Khan Gizi Spring, Vagif Mausoleum, and Jidir plain; and meeting with local educators who have… pic.twitter.com/Ls0wnbY0e1
— U.S. Embassy Baku (@USEmbassyBaku) May 6, 2024