kriminal.az
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ

Mayın 10-da Almatıda (Qazaxıstan) Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan arasında . Danışıqlar Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə hazırlanmasına artan baş tutacaq. Ermənistan-Azərbaycan sərhədinin bir hissəsində delimitasiya və demarkasiya prosesi, erməni din xadimləri və radikal müxalifət tərəfindən onu pozmaq cəhdlərinə baxmayaraq, uğurla davam edir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların bir neçə həftə əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səsləndirdi və bu hadisənin simvolikliyini qeyd etdi, çünki 1991-ci ilin dekabrında Almatıda MDB ölkələrinin müstəqil inkişafının əsaslarını möhkəmləndirən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiq edən tarixi Alma-Ata Bəyannaməsi imzalanıb.

Eyni zamanda, Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib ki, Astana Ermənistan və Azərbaycan arasında danışıqlarda vasitəçi olmayacaq: “Biz yalnız xoşməramlı xidmətlər  - “good office” dəstəyi göstəririk”.

Qarşıdan gələn görüşü Kriminal.Az-a qazaxıstanlı siyasi şərhçi, politoloq Qaziz Abişev şərh edib.

- Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların Almatıda keçirilməsi Qazaxıstan üçün nə dərəcədə vacibdir?

- Bakı və İrəvan razılığa gəlmək, həmçinin, nəhayət problemli məsələləri həll etmək üçün fürsət axtarırdılar. Hər iki tərəf başa düşür ki, qarşıdurmanın davam etdirilməsi nə Azərbaycanın, nə Ermənistanın, nə də regionun digər dövlətlərinin maraqlarına uyğundur. Davamlı sülhə doğru irəliləmək və razılığa gəlmək lazımdır. Bu isə etibar edilə biləcək neytral və sülhsevər dövlətin ərazisində baş tutmalıdır. Azərbaycan və Ermənistan tərəflərinin Rusiya, Türkiyə və Qərbdəki meydanlara münasibəti birmənalı deyil, çünki Bakıya uyğun gələn İrəvanı razı salmaya bilər.

Bundan əlavə, Qazaxıstan xarici və daxili oyunçular arasında allergiyaya səbəb olmayan bir ölkədir. Astana Bakı ilə strateji ikitərəfli müttəfiqlik əlaqələri ilə bağlıdır. Eyni zamanda, Qazaxıstanın beynəlxalq təşkilatlar - Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində Ermənistanla müqavilə öhdəlikləri var. Dövlət başçısı Kasım-Jomart Tokayevlə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında da şəxsi münasibətlər var.

Qazaxıstanın da öz marağı var, çünki Mərkəzi Asiyadan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Azərbaycana gedir. Həmçinin, ən optimal trayektoriya ilə bu marşrut Zəngəzur dəhlizi ilə Ermənistan ərazisindən keçərək Türkiyəyə gedə bilər. Amma bu bir növ eqoist maraq deyil, hamıya faydalı olacaq sülhə maraqdır.

Bundan başqa, Qazaxıstan diplomatiyası bir çox məsələlərdə - Rusiya-Ukrayna müharibəsində, Rusiya ilə Qərbin qarşıdurmasında, Qərblə Çinin qarşıdurmasında neytrallığı qorumağa çalışır və bu, böyük bir müsbətdir. Hesab edirəm ki, Qazaxıstan danışıqlar üçün optimal yerdir. Eyni zamanda, ölkəmiz danışıqlar prosesində tərəf kimi çıxış etmir, sadəcə olaraq, platforma təqdim edir.

- Amma idealda Qazaxıstan istərdi ki, Almatı meydanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağı yerə çevrilsin?

- Bəli, sözsüz ki, belədir və bu, mümkündür. Qazaxıstan xalqı və onun rəhbərliyi sülhü və ziddiyyətlərin mehriban qonşuluq ruhunda, beynəlxalq hüquq prinsipləri əsasında həllini arzulayır.

- Siz Ermənistandan danışarkən qeyd etdiniz ki, Astananın MDB, KTMT, Aİİ çərçivəsində İrəvanla müqavilə öhdəlikləri var. Amma məlumdur ki, Ermənistan xarici siyasət vektorunu dəyişir, Qərbə doğru gedir, Rusiyanın iştirakı ilə beynəlxalq təşkilatlar çərçivəsində daha az əməkdaşlıq edir, İrəvan KTMT-dəki fəaliyyətini tamamilə dondurub və bu yerdə Ermənistan Qazaxıstanda danışıqlara razılıq verir.

- Ermənistanın (Qərbə doğru - red.) getməsinə gəlincə... Biz indi bu prosesin (hansı ki hələlik heç bir gedişlə nəticələnməyib) içindəyik.

Ermənistan coğrafi baxımdan Azərbaycan, Türkiyə, sanksiyaya məruz qalmış İran və Gürcüstanla əhatə olunub. Bu ölkələrdən hansının Ermənistanın dostu olduğunu dəqiq söyləmək mümkündür? Coğrafiya nəzərə alınmaqla Ermənistanın Avrasiya strukturlarından kollektiv Qərbə doğru tam şəkildə çıxması nə dərəcədə ağlabatandır? Nikol Paşinyan hakimiyyətdə qalacaqmı? Çoxlu suallar var.

Davam edək. Hətta bu baş versə belə (Ermənistanın “Qərb dönüşü” - red.), bu, Qazaxıstana qarşı deyil, Avrasiya strukturlarında əsas oyunçu olan Rusiyaya qarşı demarş olacaq. Ermənistanın xarici siyasət vektoru isə onun suveren məsələsidir. Bu isə Almatıda Ermənistan-Azərbaycan danışıqları üçün problem deyil.

Yeri gəlmişkən, Astana Avrasiya strukturları çərçivəsində mümkün siyasi inteqrasiya ilə bağlı həmişə kifayət qədər skeptik mövqe tutub. Qazaxıstan yalnız Aİİ daxilində iqtisadi inteqrasiyada israrlıdır. Ümumilikdə ölkəmiz çoxvektorlu siyasət aparır.

Nair Əliyev

Top
0.12964081764221