Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.
“Report”un Ankara bürosu xəbər verir ki, qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyevin COP-29-la bağlı rəsmi dəvət məktubu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.
10:48
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.
Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq.
Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib.
Mənbə: Anadolu