kriminal.az
Şərurlu İsfəndiyar: “Deputat olmaq fikrim yoxdur, parlamentdə səhv danışaram, savadsız adamam”

“Deputat olmaq fikrim yoxdur. Allah eləməsin. Mənim öz işim var, öz işimi görürəm. Gedib parlamentdə səhv danışaram, savadsız adamam, oxumamışam. Camaatı, dövləti aldadım?”

Bu sözləri Pravda.az-a açıqlamasında “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib. 

“Mənlik deyil, adımı belə şeylərdə hallandırmasınlar. Parlament seçkisinə namizədliyimi irəli sürməklə bağlı təklif gəlsə, qətiyyən qəbul etmərəm”, - deyə iş adamı əlavə edib. 

Top
0.046344041824341