ABŞ Prezidenti Co Bayden və keçmiş dövlət başçısı Donald Tramp iyunun 27-də CNN telekanalında teledebat keçirmək barədə razılığa gəliblər.
“Mən CNN-dən iyunun 27-də debatda iştirak etmək üçün dəvət aldım və qəbul etdim. Söz səndədir, Donald. Dediyim kimi: Hər yerdə, istənilən vaxt”, - Bayden “X”-də (keçmiş “Twitter”) yazıb.
Öz növbəsində Tramp “Fox News”a bildirib ki: “Mən orada olacağam”.