İspaniyadan Qəzza sektoruna yollanan beynəlxalq aktivistlərin olduğu flotiliyanın təşkilatçıları açıqlama veriblər ki, güclü fırtına səbəbindən gəmilər Barselonaya geri dönüb. Kriminal.az "Ynet"ə istinadən xəbər verir ki, onlar yenidən nə vaxt yola çıxacağını dəqiqləşdirməyiblər.
Avqustun 31-də isveçli ekoaktivist Qreta Tunberqin və digər beynəlxalq fəalların da daxil olduğu flotiliya Barselonadan Qəzzanın blokadasını “yarıb keçmək” məqsədilə yola çıxmışdı. Bundan sonra İsrailin milli təhlükəsizlik naziri İtamard Ben-Qvir baş nazir Benyamin Netanyahunun diqqətinə sərt tədbirlər planı təqdim edib və həmin fəalların “terrorçular üçün nəzərdə tutulmuş həbsxanalara” salınmasını təklif edib.