kriminal.az
Kobaxidze: Gürcüstan Aİ-nin istənilən ağlabatan tələbini yerinə yetirməyə hazırdır

Gürcüstan hakimiyyəti Avropa İttifaqının istənilən tələbini yerinə yetirməyə hazırdır.

Kriminal.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O, Aİ-nin müəyyən tələblər irəli sürdüyünü və onların tam yerinə yetirildiyini vurğulayıb:

"Biz tamamilə bütün ağlabatan tələbləri yerinə yetirməyə hazırıq. Onlar bizə əsaslandırmalıdırlar ki, tələblər ağlabatandır və biz də təbii ki, yerinə yetirəcəyik. Müəyyən ağlabatan tələblər var idi və biz onları əvvəldən axıra qədər yerinə yetirmişik, lakin əsassız tələblər də var idi. Bütün bunları niyə tələb etdiklərini əsaslandırmadılar", - Kobaxidze jurnalistlərə bildirib.

Baş nazir təsdiq edib ki, Gürcüstan Xarici İşlər Nazirliyi Aİ-nin müəyyən etdiyi müddət bitdikdən sonra Avropa İttifaqına rəsmi cavab göndərib. O, həmçinin qeyd edib ki, Aİ açıq dialoqa hazır olsa, Brüsselə getməyə hazırdır, lakin "onlar ünsiyyətdən imtina edirlər".

Qeyd edək ki, iyulda Avropa İttifaqı Make Boçorişvilini Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbərinə göndərib. Aİ Gürcüstandan xarici agentlər və LGBT təbliğatına qadağalar haqqında qanunları ləğv etməyi tələb edib. Şərtlərə əməl edilmədiyi təqdirdə Aİ Gürcüstanın Aİ ilə vizasız rejimini dayandırmaqla hədələyib. Aİ-nin tələblərinin yerinə yetirilməsi üçün son tarix 31 avqust 2025-ci il adlandırılıb.(report)

Top
0.066401958465576