Britaniyanın tanınmış aparıcısı, 64 yaşlı Ceremi Klarkson artıq ikinci ildir ki, Britaniya və İrlandiyanın ən seksual kişisi seçilib.
Bu barədə “Illicit Encounters”in sorğusunun nəticələrindən aydın olub.
İllik sorğuda 2000 qadın iştirak edib. Onlar 50 məşhur kişiyə 10 ballıq şkala ilə qiymət verməli olublar.
Sorğuda Hollivud ulduzu Tom Holland ikinci, Uels şahzadəsi Uilyam üçüncü yeri tutub.
“Top Gear” və “Clarkson Farm” verilişlərinin sevimli aparıcısı Ceremi Klarkson, həmçinin britaniyalı tanınmış aktyorlar Killian Mörfi, İdris Elba və digər məşhurları məğlub edib.
Mənbə: Daily Mail