kriminal.az
Moldovada diri-diri basdırılmış kişi dörd gün torpaq altında qaldıqdan sonra xilas edilib - VİDEO

Moldovada diri-diri basdırılan 62 yaşlı kişini yalnız dörd gündən sonra xilas etmək mümkün olub.

Onun yerin altından gələn ümidsiz qışqırıqları polislər tərəfindən təsadüfən eşidilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Moldovanın şimal-qərbindəki Ustiya kəndinə çağırılıblar. Burada həyat əlamətləri olmayan 74 yaşlı qadının qohumları tapdıqları meyitin ölüm səbəblərinin araşdırılmasını tələb ediblər. Polis qadının qətlində şübhəli bilinən 18 yaşlı gəncin evində axtarış apararkən yaxınlıqdan gələn kömək çağırışlarını eşidib.

Kadrlarda yaşlı kişinin məzardan çıxarıldığını görmək olar. Kişi yaralı olub, amma huşunu itirməyib.

Zərərçəkmiş polisə bildirib ki, şənbə günü o, qətldə şübhəli bilinən oğlanla spirtli içki qəbul edib, sonra isə aralarında mübahisə düşüb. İddialara görə, yeniyetmə ona bıçaqla hücum edib, bundan sonra onu zirzəmidə bağlayıb və girişini torpaqla örtərək, kişini diri-diri basdırıb.

Polis hesab edir ki, yeniyetmə qohumu olan təqaüdçü qadını ertəsi gün öldürüb. Sərxoş vəziyyətdə olan şübhəli şəxs evində yaxalanıb.

Prokurorluq bir nəfərin öldürülməsinə cəhd, digərinin isə qətlə yetirilməsi ilə bağlı araşdırmaları davam etdirir. Gəncin günahı sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.

Xilas edilən kişi yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Mənbə: Politia RM

Top
0.056965112686157