kriminal.az
İnsan ilk dəfə okeanda sahildən ən ucqar nöqtəyə çatdı - FOTO/VİDEO

2024-cü ildə ata və oğuldan (Kris və Mik Braun) ibarət kəşfiyyat qrupu “Okeanik əlçatmazlıq qütbü” və ya “Nemo nöqtəsi” adlandırılan nöqtəyə çatıblar.

Faktiki olaraq, onlar bu ağır səyahəti başa vura bilən və okeandakı bu yerə çatan ilk insanlardır.

Kris Braun britaniyalı sahibkardır. Oğlu ilə “Nemo nöqtəsi”nə çatmaq onun çoxdankı arzusu olub.

Qurudan okeanda belə uzaq bir yerə çatmaq heç də asan deyil, bunun üçün 7 metrlik tufana tab gətirə biləcək uyğun bir gəmi lazımdır. Nəticədə, onlar missiyanı başa çatdıra biliblər: ata və oğuldan ibarət tədqiqat qrupu “Zodiac” qayıqlarına enib və “Nemo nöqtəsi”ndə okeanda üzən ilk insanlar olublar.

“Nemo nöqtəsi” Sakit okeanın cənubunda şərti bir yerdir, yaxınlıqdakı üç quru nöqtədən 2688 km uzaqlıqda yerləşir. Burada okeanın dərinliyi dörd kilometrə yaxındır.  

Mənbə:  IFLScience

Top
0.22442197799683