kriminal.az
Aİ Moldova və Ukraynanın qəbulu ilə bağlı rəsmi danışıqlara başlayacaq: Tarix açıqlandı

Avropa İttifaqının (Aİ) ölkələri Moldova və Ukraynanın birlik üzvlüyünə qəbulu ilə bağlı rəsmi danışıqlara iyunun 25-də başlamaq niyyətindədirlər.

Bu barədə "Politico" nəşri beş diplomata istinadən məlumat verib.

Nəşrin məlumatına görə, assosiasiyaya üzv ölkələr bu niyyətlərini hələ 2023-cü ilin dekabrında bəyan ediblər. Lakin Macarıstanın razılaşmaması və Aİ-nin genişlənməsi məsələsinin 6-9 iyun tarixlərində keçiriləcək Avropa Parlamentinə seçki zamanı əsas mövzuya çevrilə biləcəyi qorxusu səbəbindən qərar təxirə salınıb.

Top
0.093468189239502