kriminal.az
Nüvə münaqişəsi riski ən yüksək həddə çatıb - XƏBƏRDARLIQ

"Nüvə münaqişəsi riski son bir neçə onillikdə ən yüksək həddə çatıb".

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 23 ölkəsinin ümumi bəyanatında deyilir.

Bəyanat Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda (ICONS-2024) oxunub.

"Nüvə münaqişəsi riskinin onilliklər ərzində ən yüksək həddə çatdığı indiki şəraitdə irəliləyiş olmamasından dərin narahatlığımızı bildiririk. Nüvə silahının saxlanması, yayılması, sınaqdan keçirilməsi və istifadəsi ilə bağlı beynəlxalq normaların aşınmasını dayandırın. Biz nüvə silahı arsenallarının tam və nəzarətli şəkildə ləğv edilməsinə nail olmağın vacibliyini vurğulayırıq ki, bu da nüvə təhlükəsizliyinə müsbət təsir göstərəcək", - sənəddə vurğulanır.

Bəyanatda həmçinin qeyd olunur ki, dünya üzrə yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarının 90%-i nüvə silahındadır.

Mənbə: TASS

Top
0.11558604240417