Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb.
"Report"un məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.
Kənddə çobanlıq edən 1963-cü il təvəllüdlü Züriyyət Əli oğlu Musayevi ildırım vurub.
O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Gəncə sakinini ildırım vurub.
APA-nın məlumatına görə, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.
2000-ci il təvəllüdlü Orxan Quliyevi həmin küçədə ildırım vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Tovuz rayonunda yeniyetmə faciəli şəkildə həlak olub.
Kriminal.Az-ın əldə etdiyi məlumata əsasən, 2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub.
Nəticədə yeniyetmə həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.