Rusiya tərəfi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Qarabağ münaqişəsi üzrə Minsk qrupunun ləğvi ilə bağlı qərarını haqlı sayır.
Kriminal.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, Rusiya ATƏT-in digər üzvləri ilə birlikdə konsensus qaydası əsasında bu qərarın qəbul edilməsində birbaşa iştirak edib. "Biz regionda vəziyyətin köklü dəyişməsi baxımından bu addımı haqlı, əsaslı hesab edirik", - o qeyd edib.
Zaxarova əlavə edib ki, Minsk institutlarının ləğvi təşəbbüsü Ermənistan və Azərbaycana məxsusdur: “Bu dövlətlərin xarici işlər nazirləri avqustun 11-də müvafiq təkliflə ATƏT-ə müraciət etmişlər və bununla da Bakı ilə İrəvan Minsk prosesinə ehtiyac duymadıqlarını təsdiq ediblər”.
Mürtəza