Finlandiya, Norveç, İsveç, Danimarka, İslandiya, Latviya, Litva və Estoniyadan ibarət “Şimal-Baltik Səkkizliyi” (NB8) Ukraynaya hərbi dəstəklərini artırılacağını bəyan ediblər.
Kriminal.az xəbər verir ki, NB8 ölkələrinin birgə bəyanatında deyilir:
"NB8 ölkələri Ukraynanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir. Biz Ukraynaya hərbi dəstəyi artıracağıq. Silah, sursat və hava hücumundan müdafiə sistemlərinin çatdırılmasını sürətləndirməyin təcili ehtiyacını vurğulayırıq".
Bəyanatda NB8 ölkələrinin NATO-nun "Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı" (PURL) proqramını dəstəklədiyi vurğulayıblar.
Sənəddə həmçinin qeyd olunub ki, yalnız Ukrayna öz gələcəyinə qərar verməlidir.
NB8 ölkələri Rusiyanın Ukraynanın NATO və Avropa İttifaqına (Aİ) üzvlük proseslərinə veto qoymaq hüququ olmadığını və Moskvaya qarşı sanksiyaların artırılmasının vacibliyi qeyd ediblər.
Mürtəza