kriminal.az
Bakıda məzardan 110 manatlıq çələng oğurladı, cəzasını aldı

Bakıda qəbir üstündən 110 manatlıq gül çələngi oğurlayan şəxs həbs edilib.

"Qaynarinfo"nun məlumatına görə, hadisə Suraxanı rayonunda yerləşən qəbiristanlıqların birində baş verib.

Emin adlı şəxs dünyasını dəyişən atasının məzarına 110 manatlıq gül çələngi qoyub.

1986-cı il təvəllüdlü Zabil Hümmətov (ad, soyad şərtidir) məzarlıqda gəzəndə həmin çələngi görüb.

İşsiz olduğu üçün gülləri götürüb satmaq istəyib.

O, saxlanılaraq, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati həbs edilib.

Top
0.043029069900513