kriminal.az
Mövsümündə satılmayan qarpız haradan gətirilir?

Mövsümü olmasa da, market və bazarlarda qarpızın satışına rast gəlinir.

Xezerxeber.az-ın məlumatına görə, yerli məhsul hələ yetişmədiyinə görə piştaxtalarda yalnız xaricdən gətirilən məhsullar var. Qiymətlərdə də xeyli artım müşahidə edilir.

Paytaxt bazarlarında qarpızın 1 kiloqramının qiyməti iki-üç manat arasında dəyişir. Satıcılar hazırda qarpızın əvvəlki aylarla müqayisədə 20-25 faiz baha olduğunu bildiriblər.

Satıcıların sözlərinə görə, yerli məhsul hələ yetişmədiyindən piştaxtalarda yalnız xaricdən gətirilən məhsullar var. Bahalaşmaya səbəb isə havalar isindikcə bu məhsula tələbatın artmasıdır.

Onlar yerli məhsulun iyul ayının sonlarında satışa çıxacağını bildiriblər.

Bəzi alıcılar isə qarpızın mövsümü olmadığından onu almaqdan çəkindiklərini və yerli məhsulun daha təhlükəsiz olduğunu bildiriblər.

Ətraflı süjetdə:

Mövsümündə satılmayan qarpız haradan gətirilir?

Mövsümündə satılmayan qarpız haradan gətirilir?

Top
0.042026996612549