kriminal.az
Konqoda 40-dan çox dinc sakini öldürüldü

Konqo Demokratik Respublikasının (KDR) şərqində Müttəfiq Demokratik Qüvvələri (ADF) ekstremist qruplaşmasının silahlıları tərəfindən azı 41 nəfər öldürülüb.

Bu barədə yerli hakimiyyət orqanları və hərbçilərə istinadən məlumat yayılıb.

Qeyd edək ki, silahlı qruplar Şimali Kivu əyalətinin Beni bölgəsində bir neçə kəndə hücum edib. Ölənlərlə yanaşı, yaralılar da var.

Xatırladaq ki, ADF 1995-ci ildə Uqandanın qərbində müsəlman məzhəbi əsasında ölkə hökumətinə müxalif olan islamçı birləşmə kimi yaradılıb.

Mənbə: TASS

Top
5.2738330364227