Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı bir qrup şəxs saxlanılıb.
Belə ki, qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən 47 yaşlı Nizam Hüseynov, 24 yaşlı Azər Məmmədov, 51 yaşlı Hikmət İsmayılov, həmçinin əvvəllər məhkum olunmuş 42 yaşlı Balaqardaş Hacıyev və 34 yaşlı Həmid Mahmudov tutulublar.
Qeyd edək ki, Nizami Hüseynov "Tiktok"sosial şəbəkə platformasında rəssam kimi geniş auditoriyaya malikdir.O, rəssam Nizami kimi tanınır.Həmid Mahmudov isə,sosial şəbəkələrdə aparıcı kimi tanınır.
Onlardan ümumilikdə 5 kiloqrama yaxın psixotrop maddə – metamfetamin və digər narkotik vasitələr, 54 ədəd güclü təsiredici “pregabalin” həbi, həmçinin satış məqsədilə istifadə olunan elektron tərəzilər aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində sosial şəbəkələrdə tanış olduqları, istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edildiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.