kriminal.az
ABŞ - Rusiya ticarəti 20% artıb: Üzdə barışmaz rəqib, əslində isə...

Aprel ayında Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsi illik müqayisədə 20% artaraq 332 milyon dollara çatıb.

Bunu ABŞ gömrüyünün məlumatları sübut edir.

Belə ki, Rusiyadan ABŞ-yə ixrac 37% artaraq 298 milyon dollar həcmində olub.

Maraqlıdır ki, ABŞ-dən Rusiyaya satışlar, əksinə, 48% azalaraq, hazırda 34 milyon dollar təşkil edir.

ABŞ Rusiyadan uran almağı dayandırdığı üçün aylıq müqayisədə ticarət 30% azalıb.

Qeyd edilir ki, tərəflər arasında ildə iki dəfə bu növ xammalın ticarətinə fasilə vermək adətə çevrilib.

Mənbə: life.ru

Top
4.5772359371185