kriminal.az
Fon der Lyayenin partiyası Avropa Parlamentinə seçkidə birinci oldu

Avropa Komissiyasının hazırkı rəhbəri Ursula fon der Lyayenin üzvü olduğu Avropa Xalq Partiyası (EPP) Avropa Parlamentinə (AP) keçirilən seçkidə birinci yeri tutub.

Seçkinin ilkin nəticələrini Brüsseldə AP-nin mətbuat xidməti açıqlayıb.

Məlumata görə, EPP öz üstünlüyünü saxlamaqla Avropa Parlamentində 181 yer qazanıb. İkinci yeri (135 yer) Sosialistlər və Demokratlar, üçüncü yeri "Yeni Avropa" partiyası tutub.

İlkin hesablamalara görə, sağ partiyalar mövqelərini gücləndiriblər.

Seçkilərin daha dəqiq nəticələri gecə yarısından sonra açıqlanacaq.

Mənbə: TASS

Top
7.8994989395142