kriminal.az
Neftin mümkün alternativinin adı AÇIQLANDI

Mayeləşdirilmiş təbii qazla (LNG) işləyən elektrik avtomobilləri və yük maşınları Çində ilin sonuna kimi dizel yanacağı və benzinə olan tələbatı 10-12 faiz azaldacaq.

Bu proqnozu Çin Milli Neft Korporasiyasının tədqiqat institutu verib.

Oxşar vəziyyət gəmiqayırmada da müşahidə olunur. Belə ki, Sinqapurda mazutu əvəz edə biləcək LNG satışı aprel ayında on dəfə artıb.

LNG qiymətlərinin aşağı düşməsi və bazarda onun bol olması perspektivi Çində bu yanacaqla işləyən yük maşınlarının və gəmilərin satışlarının artmasına səbəb olub.

Bu vəziyyət ölkədə neftdən imtinanı sürətləndirir. Hazırda Çində satılan hər üçüncü yeni yük maşını LNG ilə işləyir.

Mənbə: Bloomberg

Top
4.306382894516