kriminal.az
Moskvanın gizli nüvə sığınacağından GÖRÜNTÜLƏR

Bir zamanların şəkər emalı zavodu indi yoxdur. Amma nüvə müharibəsi olacağı təqdirdə tikilmiş sığınacaq isə salamatdır.

1972-ci ildə inşa olunan bu gizli bunkerdə nüvə müharibəsi zamanı mülki əhalini xilas etmək və kütləvi qırğın silahlarından qorunmaq üçün bütün vasitələr mövcuddur. Pilləkənlərdən yeddi metr aşağıda isə hava quru və istidir, mobil rabitə işləmir.

İlk baxışda uzun illər tərk edilmiş zirzəmiyə bənzəyir.

Qeyd edək ki, 1972-ci ildə inşa olunan bu nüvə sığınacağı ilk olaraq Mantulin adına şəkər zavodunun işçiləri üçün nəzərdə tutulub.

Çünki şəkər zavodu strateji əhəmiyyətə malik olub.

Lakin 2010-cu ilin ortalarında zavod fəaliyyətini dayandırandan sonra baxımsız vəziyyətə düşüb.

Moskvanın digər gizli bunkerləri ilə rabitə əlaqəsi sistemləri ilə, radioaktiv və kimyəvi zəhərlənməni ölçən cihazlarla, tibb otağı ilə, bir sözlə, nüvə təhlükəsindən qorunmaq üçün bütün vasitələrlə təchiz olunub.

Ətraflı "İTV Xəbər"in süjetində:

Moskvanın gizli nüvə sığınacağından GÖRÜNTÜLƏR

Moskvanın gizli nüvə sığınacağından GÖRÜNTÜLƏR

Top
0.42529487609863