kriminal.az
Marsda ilk dəfə: Dağ zirvəsində buz aşkarlandı

ABŞ və Avropa astronomları ilk dəfə olaraq Olimp dağının zirvəsi və yuxarı yamaclarında buz aşkarlayıblar.

Braun Universitetinin Mətbuat Xidməti bildirir ki, tapıntı Marsın ekvatorial bölgələrinin müstəsna quraqlığına şübhə ilə yanaşmağa vadar edib.

"Keçmişdə biz düşünürdük ki, Marsın ekvatoruna yaxın dağların zirvələrində buz əmələ gələ bilməz, çünki planetin atmosferinin incəliyi və günəş işığının çox olması səbəbindən orada temperatur yüksək olur. Buz Marsın iqliminin fərqli olduğu və yağıntıların bu vulkanların zirvələrinə düşdüşdü vaxtdan bəri formalaşıb", - Universitetin tədqiqatçısı Adomas Valantinas izah edib.

Mənbə: TASS

Top
0.087658166885376