İrəvanın rayonlarından birində atışma baş verib.
Nəticədə azı bir nəfər ölüb. Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti iflic olub.
Ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü bir ölüm faktının olduğunu təsdiqləyib. Digər itkilər barədə məlumat verilməyib.
Hadisə şahidlərinin sözlərinə görə, avtomat atəşi səsləri eşidilib.
Mənbə: TASS