AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev milli komandanın yeni baş məşqçisi Fernandu Santuşu ictimaiyyətə təqdim edib.
Kriminal.Az xəbər verir ki, Sərxan Hacıyev yeni baş məşqçi haqqında fikirlərini bölüşüb:
"Düşünürəm ki, Fernandu Santuş haqqında nəsə deməyə ehtiyac yoxdur. Santuş milli komandanın oyunlarını izləyib, AFFA-ya güvəndiyini bildirib. Biz də onunla uzun müddət birlikdə çalışmaq istəyirik".
Anar Həsənov