Rusiya və İranın müdafiə nazirləri Andrey Belousov və Əziz Nəsirzadə arasında telefon danışığı olub.
Kriminal.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Kommersant” nəşri İranın Tasnim agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, Nəsirzadə ABŞ-ı regiondakı bütün problemlərin və qeyri-sabitliyin mənbəyi adlandırıb.
“Biz regionda və bütün dünyada sülh və sabitlik naminə birlikdə səy göstərə bilərik”, - o, rusiyalı həmkarına deyib.