kriminal.az
Azərbaycan klubu bütün futbolçularını göndərdi

2025-26 mövsümündə II Liqada mübarizə aparacaq "Şirvan" klubunda kütləvi ayrılıqlar baş tutub. 

Kriminal.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mövsüm boyu klubun şərəfini qoruyan bütün futbolçular və texniki heyətlə yollar rəsmən ayrılıb. Rəsmi açıqlamada bildirilib ki, komandaya bağlı olan heç bir şəxs bu gündən etibarən klubla müqavilə öhdəliyi daşımır və hər kəs sərbəst hesab olunur. 

Bundan əlavə, klub rəhbərliyi komandada oynamaq istəyəcək futbolçularla fərdi şəkildə əlaqə saxlanılacağını qeyd edib:

"Bu qərar strateji yenilənmə və növbəti mövsüm üçün klubun gələcəyini daha sistemli şəkildə planlamaq məqsədi daşıyır. Rəhbərlik xüsusilə 2024/25 mövsümündə çətin və şərəfli yolda – Region Liqasında ikincilik qazanaraq Pley-off mərhələsində qalib olaraq. 2-ci Liqaya yüksəlməkdə böyük əzmkarlıq göstərən, tərlə, ruhla bu uğura imza atan bütün oyunçulara və texniki heyətə dərin təşəkkürünü bildirir. Biz bir komandada davam etməsək də, "Şirvan"ın qapıları bu klubun formasını geyinmiş hər bir oyunçunun üzünə hər zaman açıqdır. Siz bizim üçün sadəcə keçmişin bir parçası yox, həm də bu tarixin qurucularısınız. Eyni zamanda rəhbərlik qeyd edir ki, yeni mövsümdə əməkdaşlığa davam etmək istədiyimiz bəzi oyunçularla fərdi şəkildə ünsiyyət qurulacaq, danışıqlar aparılacaq və yeni təkliflər irəli sürüləcək", deyə açıqlamada diqqətə çatdırılıb.

Top
0.0592360496521