kriminal.az
Qurban Qurbanov yeni baş məşqçinin təyinatının rəsmiləşdirildiyi iclasa niyə qatılmayıb?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun AFFA-nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasına qatılmamasının səbəbi bəlli olub.

Bu barədə icraçı vitse-prezidenti Sərxan Hacıyev Kriminal.Az saytının sualını cavablandırarkən bildirib.

O bildirib ki, 52 yaşlı mütəxəssis Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun təyinatının rəsmiləşdiyi iclasa öz xahişi ilə qatılmayıb:

"O, öz xahişi ilə iclasda olmadı. Q.Qurbanov əvvəllər milliyə baş məşqçilik etdiyi üçün bu məsələnin həssaslığını nəzərə alaraq iştirak etmək istəmədi. Biz də bunu müsbət qarşıladıq".

Anar Hacıyev

Top
0.13458204269409