Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Rusiya və Belarus nümayəndə heyətlərinin üzvlərinə ATƏT Parlament Assambleyasının Buxarestdə keçiriləcək sessiyasında iştirakına maneə yaradıb.
Qeyd olunub ki, Rumıniya XİN Rusiya, həmçinin Belarusu təmsil edən rəsmi şəxslərə viza və ölkəyə giriş icazəsi verməyib.
Məlumatı Rumıniyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Radu Filip də təsdiq edib.
Qeyd edək ki, ATƏT Parlament Assambleyasının iclası 29 iyun - 3 iyul tarixləri arasında Buxarestdə keçiriləcək.
Mənbə: TASS