kriminal.az
5 min nəfərlik kənd uzun illərdir susuz qalıb

Ucar rayonunun Yuxarı Şilyan kəndində 5 minə yaxın sakin uzun illərdir su çatışmazlığından əziyyət çəkir.

Kriminal.az milli.az-a istinadla xəbər verir ki, sakinlər dəfələrlə aidiyyəti qurumlara şikayət etdiklərini, lakin heç bir nəticə əldə olunmadığını bildiriblər.

Onların sözlərinə görə, son üç ildə Qazyan kəndi su arxının qarşısını kəsərək suyu öz təsərrüfatlarına yönəldib, bu isə Yuxarı Şilyanda vəziyyəti daha da ağırlaşdırıb.

Məsələ ilə bağlı açıqlama verən Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bildirib ki, kəndə su Göyçay çayından gələn 14 kilometrlik arxla təmin olunur. Arx həm Qazyan, həm də Yuxarı Şilyan kəndlərinin torpaqlarına xidmət göstərir. Son monitorinqlər zamanı arxa qanunsuz qoşulmalar aşkar edilib və onların aradan qaldırıldığı qeyd olunub.

Lakin sakinlər bildirir ki, Baku TV-nin çəkilişindən bir gün sonra da vəziyyət dəyişməyib və su problemi hələ də qalır.

Top
0.065255880355835