kriminal.az
Rihanna 20 ildən sonra Şarliz Teronu əvəzlədi

Müğənni və musiqi prodüseri Rihanna klassik "Dior J`adore" ətrinin yeni siması olub.

O, son 20 ildə bu missiyanı yerinə yetirən 48 yaşlı aktrisa Şarliz Teronu əvəz edib. 36 yaşlı müğənni yeni işini "şərəfli" adlandırıb.

"Uzun müddətdir tanıdığım və sevdiyim qoxu qadınlar üçün çox şey deməkdir. Mən, xüsusilə, bu macəraya qoşulmağı və dünyam, tarixim, köklərim, həmçinin yaradıcılığım və qadınlığım vasitəsilə bu macəraya töhfə verməyi səbirsizliklə gözləyirəm", - deyə Rihanna bildirib.

Amerikalı fotoqraf Stiven Klayn tərəfindən çəkilmiş müğənninin iştirak etdiyi ilk reklam kampaniyası sentyabrın 1-də təqdim olunacaq.

Qeyd edək ki, "J"Adore" ətri 1999-cu ildə buraxılıb.

Mənbə: rbc.ru

Top
0.17926001548767