Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa-Avstriya görüşü başa çatıb.
Kriminal.Az xəbər verir ki, Berlin Olimpiya Stadionunda keçirilən D qrupunun oyununda Avstriya 3:1 hesablı qələbə qazanıb.
Hesabı doqquzuncu dəqiqədə qalib komandanın heyətində Qernot Trauner açıb. İlk yarım saatın tamamında Kşiştof Pyontek "status kvo"nu bərpa edib. 66-cı dəqiqədə isə Kristof Baumqartner Polşa millisini növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib. Oyunun yekun nəticəsini isə Marko Arnautoviç təyin edib. 79-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən futbolçu Avstriyanın qələbəsində pay sahibi olub.
Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland-Fransa görüşü keçiriləcək.
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Polşa-Avstriya görüşü start götürüb.
Kriminal.Az xəbər verir ki, Berlin Olimpiya Stadionunda başlayan D qrupunun oyununu türkiyəli FIFA referisi Halil Umut Meler idarə edir.
Qeyd edək ki, bu qarşılaşmanın ardından D qrupunun digər matçı olan Niderland-Fransa görüşü keçiriləcək.
AVRO-2024: Avstriya Polşa millisini məğlub etdi