kriminal.az
Moldova şirkəti ilə əməkdaşlıq müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Şuşada Moldovanın "Purcari Wineries" şirkətinin baş icraçı direktoru Viktor Bostanla görüşüb.

Kriminal.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov da iştirak edib.

Vurğulanıb ki, Azərbaycan və Moldova arasında münasibətlər inkişaf edir, iqtisadi gündəlik genişlənir. Moldova ilə iqtisadiyyatın bir çox sahələri, o cümlədən aqrar istiqamətlər üzrə tərəfdaşlığa dair mövcud potensial qeyd olunub, işğaldan azad olunmuş ərazilərimizdəki biznes layihələrində Moldova şirkətlərinin iştirakı imkanları diqqətə çatdırılıb.

Tərəflər işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq üçün yaradılmış şərait, potensial əməkdaşlıq və şərab zavodunun fəaliyyətinin təşkili imkanları barədə fikir mübadiləsi aparıblar.

Top
0.071528196334839