kriminal.az
Amerika Kuboku: B qrupunda növbəti tura adlayan komandalar bəlli oldu

Amerika Kubokunun qrup mərhələsində üçüncü tur görüşləri davam edir.

Kriminal.Az xəbər verir ki, B qrupunda qərarlaşan komandaların görüşündə Yamayka millisi Venesuela yığması ilə, Meksika isə Ekvadorla qarşılşaıb.

Gərgin mübarizə ilə yadda qalan Meksika-Ekvador görüşündə tərəflər çox çalışsalar da, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

Yamayka-Venesuela görüşü isə nominal qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolların hamısı ikinci hissədə vurulub: 1:0 - Belyo, (49`); 2:0 - Rondon (56`); 3:0 - Ramires (85`).

Qeyd edək ki, hər üç görüşdən qalib ayrılan Venesuela millisi növbəti mərhələyə lider kimi yüksəlib. Adını 1/8 finala qrup ikincisi kimi yazdıran komanda isə Ekvador seçməsi olub.

Anar Həsənov

Top
0.075138092041016