kriminal.az
Azərbaycan üzgüçüsü beynəlxalq turnirdə qızıl medal qazanıb

Rusiyanın Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında mübarizə aparan üzgüçülərimizdən Süleyman İsmayılzadə 400 metr məsafədə sərbəst üsulda bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb.

Kriminal.Az xəbər verir ki, milli komandanın üzvü İdman Ustası Süleyman İsmayılzadə 4,01 nəticə ilə kürsünün ən yüksək pilləsinə yüksəlib. İdmançımız bundan öncə 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə "butterfly" üsulla bürünc medallar qazanıb.

Bu beynəlxalq yarışda ölkəmizi üzgüçülük idman növü üzrə milli komandanın üzvləri - idman ustası Oqtay Hüseynov, idman ustası Süleyman İsmayılzadə, Vlastilina Xasyanova, Xumar Mustafayeva təmsil edirlər.

Qeyd edək ki, "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışları 28 iyun-4 iyul tarixlərinədək davam edəcək.

Top
0.11060619354248