Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatının təhlükəsizlik işçiləri Herat şəhərində Aşura mərasimlərinə qatılan dindarlara atəş açıblar.
Kriminal.Az bu barədə Əfqanıstanın "Aamaj News" agentliyinə istinadən xəbər verir.
Mənbə iddia edir ki, ənənəvi dini mərasimlərini keçirən şiə dindarlar matəm tədbirini əvvəlcədən razılaşdırılmış ünvandan kənarda qeyd etməyə çalışıblar. Nəticədə təhlükəsizliyə cavabdeh olan silahlılarla onların arasında qarşıdurma yaranıb. İnsident nəticəsində bir nəfər mülki şəxsin güllə xəsarətindən həyatını itirdiyi bildirilir.