kriminal.az
Ötən ildən az, proqnozdan çox: Büdcəyə əlavə bir milyard manat daxil oldu

Bu ilin yanvar-iyun aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon manat təşkil edib.

"Report" qurumun məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,8% azdır.

Bununla belə, büdcəyə proqnozdan əlavə, 1 milyard 53,4 milyon manat vəsait daxil olub.

Altı aylıq vergi daxilolmalarının 5 milyard 874,7 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə bir il əvvələ nisbətən 13% çoxdur.

Top
0.10158681869507