Əfqanıstanda paytaxt Kabili ölkənin şimalı ilə birləşdirən avtomobil yolunda ağır qəza baş verib.
Kriminal.Az bu barədə Əfqanıstan mətbuatına istinadən xəbər verir.
Qeyd olunub ki, sərnişin avtobusunun dərəyə yuvarlanması nəticədə 17 nəfər ölüb, 34 nəfər yaralanıb.
Bəğlan vilayətinin informasiya və mədəniyyət direktoru Mustafa Haşiminin sözlərinə görə, ölənlər arasında üç azyaşlı var.
Qəzanın digər təfərrüatı açıqlanmır.